Bakımızın ekoloji problemlərinin həlli bu günümüz üçün prioritet məsələdir

Bu gün dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı şəhərində ekoloji vəziyyət heç də ürək açan deyil. Şəhərdə avtomobillərin həddən artıq çox  və bunların əksəriyyətinin köhnə avtomobillər olması ekoloji vəziyyəti daha da gərginləşdirir .

Atmosferə atılan 140  fərqli qazın 50%-ni karbon qazı təşkil edir. Bu gün biz Bakıda  avtomobil sıxlığının olmasını hamımız yaxşı bilirik. Biz bu sixliqlari aradan qaldırmaq üçün yeni yol zolaqları və yaxud yeni körpülər salmaqla həll etməyə çalışsaq da, yaniliriq.  Bu, problemin köklü həlli deyil .

Bu gün Bakının havası normadan dəfələrlə çox çirklənmisdir. Bu da insanların fəaliyyətinə, yaşayış tərzinə pis təsir göstərir. Bu həmçinin, burada yaşayan əhalinin yeni – yeni xəstəliklər tapmasına gətirib çıxarır .

Abşeron yarımadasında 5 məişət tullantısı poliqonu vardır . Ümumi sahəsi 232,2 ha – dır. Qeyri- qanuni zibilliklərin sahəsi isə bundan da çox, 448,6 ha-dır. Bunların sayı isə 128 – dir . Nəzərinizə çatdırmaq istərdik ki, qeyri – qanuni poliqonları əhatə edən ərazilər hasara alınmamışdır və buradakı anti-sanitariya vəziyyətinə nəzarət təşkil olunmamışdır . Tullantılar boşaldıqdan sonra torpaq qatı ilə örtülərək, basdırılmir .

Abşeron yarımadasında 200 – dən artıq göl var. Bu gün də həmin göllərə çirkab sular axıdılır. Çirklənməyə daha çox məruz qalmış göllər ( Qırmızıgol, Hacı Həsən, Çuxurdərə ) Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələri ( Qaradağ, Binəqədi, Əzizbəyov, Səbail rayonları ) də vardır. Bu Problemlərin sürətli şəkildə həll edilməsi məqsədilə Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən 2006 – 2010 -cu illər üzrə Azərbaycan Respublikasinda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı təsdiq olunub. Sevindirici haldır ki, Bakı buxtası, Heydər Əliyev adına beynəlxalq hava limanının ətrafı, Abşeron yarımadasının gölləri və neftlə çirklənmiş bir sıra ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülməli olan bir sıra təxirəsalınmaz işlərdə tədbirlər planında öz əksini tapmışdır. Artıq bir sıra işlər həyata keçirilmiş, Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalasdırılması, təmizləyici qurğuların yeniləşdirilməsi tədbirləri görülmüşdür .

Abşeron yarımadasının şimal hissəsini əhatə edən Bilgəh, Buzovna, Mərdəkan, Nardaran, Novxanı və Sumqayıt sahilboyu 86 km-lik ərazilərdə bataqlaşmış sahələr və çirkab gölməçələrin 80%-i qurudularaq, ekoloji tarazlıq bərpa olunmuşdur. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının  ” Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərancamından irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə və Fransada istehsal olan avadanlıqlardan ibarətdir. Bu istiqamətdə 2009 – cu ildə gündə 2325 m kub çirkab sutəmizləmə gücünə malik 7 stansiya, ümumilikdə isə 2008 – 2008 – cu illərdə çirkab sutəmizləyici gücünə malik 16 stansiya istismara verilib .

Bunun sahəsində çirkab sular ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən inqiriyentlərdən təmizlənmişdir .

Məhəmməd Adiyev, Masallı Regional Meşə Təsərrüfatı mərkəzinin 1 saylı meşəbəyliyinin meşəbəyisi.

 

One Comment on “Bakımızın ekoloji problemlərinin həlli bu günümüz üçün prioritet məsələdir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.