Bakıda məktəb direktoru özünü “Ərtoğrul bəy” kimi apardı

Bakıda 124 nömrəli tam orta məktəb direktorunun özünü “Ərtoğrul bəy” kimi aparması iddialarına münasibət bildirilib.

Məktəbdən bildirilib ki, Novruz bayramı ilə əlaqədar təhsil müəssisəsində təşkil olunmuş tədbirdə tarixi məzmunda şagirdlərin dünyagörüşünü genişləndirmək və onların bədii təxəyyülünü inkişaf etdirmək üçün məktəbin direktoru məktəblilərlə bərabər kiçik səhnəcikdə (10 dəqiqəlik) çıxış edib.

Qeyd edilib ki, tədbirin təşkil olunmasının əsas məqsədi məktəblilərin yaradıcılıq bacarıqlarını artırmaq, istedadlı şagirdləri aşkara çıxarmaq, onların yetkin vətəndaş kimi formalaşdırılması işinə dəstək verməkdan ibarətdir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.