Son vaxtlar dünyada baş verən koronavirus pandemiyası demək olar ki, bütün dünyanın iqtisadiyyatına ciddi zərər vurmuşdur. Bu zərər ölkəmizdən də yan keçməmişdir. Buna baxmayaraq, ölkəmizdə düzgün siyasətin və qabaqcadan qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vaxtında bu pandemiyaya qarşı bütün tədbirlər çox yüksək səviyyədə aparılmış və onun uğurlu nəticələri göz qabağındadır. Bu artıq şəhərimizin bütün sahələrdə özünü göstərdiyi kimi, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatında da özünü aydın şəkildə göstərir. Biz əvvəllər də Bakı şəhərində abadlıq-quruculuq işlərinin yüksək səviyyədə aparılmasını öz yazılarımızda qeyd etmişdik. Lakin pandemiya müddətində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatının kollektivi daha da gücləndirilmiş, iş rejimində işləmiş, Respublika Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq öhdələrinə düşən çətinliklərə baxmayaraq bütün işlərin öhdəsindən layiqincə gəlmişlər.
Əlbəttə, əvvəlki illərdə olduğu kimi, bu il də gücləndirilmiş iş rejimində – fasiləsiz işləmək, onların öhdəsindən gəlmək və onlara rəhbərlik etmək Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəliyev tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur desək, yanılmarıq.
Rafael Mehrəliyev kollektivin var gücündən düzgün və səmərəli istifadə edərək nəinki abadlıq-quruculuq işlərinin yüksək səviyyədə təşkil olunması, hətta şəhərimizin mütəmadi olaraq küçə və yollarının dizenfeksiya olunmasında da yüksək səviyyədə çalışmışlar və bugünkü gündə də onların nəticəsi göz qabağındadır.
Mövcud karantin müddətində heç bir müəssisə və təşkilatın işləmədiyi bir vaxtda Mənzil-Kommunal Təsərrüfatının kollektivi öz həyatlarını təhlükəyə ataraq gecə-gündüz bu çətin sınaqdan alnı açıq, üzü ağ çıxmışlar.
Bu gün artıq tam əminliklə şəhərimizin gözəlliyindən və təmizliyindən danışa bilərik. Bundan başqa onu da qeyd etmək yerinə düşər ki, son vaxtlar şəhərimizə gətirilən, müasir standartlara cavab verən zibil qutularının quraşdırılması təqdirəlayiq qiymətləndirmək lazımdır.
Bunu artıq paytaxt sakinləri özləri deyirlər.
Bakı şəhər MKTD-nin rəisi Rafael Mehrəliyev və tabeliyində olan bütün qurumların fəaliyyəti və yüksək nəticələri işin düzgün və yüksək məsuliyyətin olmasından irəli gəlir. Əlbəttə, məsuliyyətli və çətin işin öhdəsindən gəlmək üçün səriştəli və bacarıqlı təşkilatçı rəhbərin olması çox vacibdir.
Biz də öz növbəmizdə bu çətin və şərəfli işlərdə, şəhərimizin abadlıq-quruculuq işlərində və digər sahələrdə gördükləri işlərə görə uğurlar arzu edirik.
Ələsgər İsmayılov