“Bağlı, bağatı-uşaq ədəbiyyatı” adlı görüş keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi üzrə baş məsləhətçi, publisist Aləmzər Əlizadənin doğum günü münasibətilə “Bağlı, bağatı-uşaq ədəbiyyatı” adlı görüş keçirib.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova, gənc yazar Eltun Türkel, 8 Mart adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Validə Hüseynova, 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Nurcahan Quliyeva, İbtidai sinif müəlliməsi Fidan Musayeva Aləmzər Əlizadəni ad günü münasibətilə təbrik ediblər.
Sonra Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin III sinif şagirdlərindən Babayeva Duyğu “Mən qoğal olsam”, Babayev Hikmət “Kal nar”, İsmayılov Mirkamil “Quzumun qotazı”, Məmmədli Zəhra “Krassvord”, Əliyev Amin “Qar yeyən quşlar”, Qasımzadə Mehman”Tezcə sağol”, Abbasəliyeva Fatimə “Hop-hop gül top”, Qəşəmli Mehri “Kəklik”, 26 saylı Lisey məktəbinin III sinif şagirdi Nuray Məmmədova “Ülviyyənin zəngi“, Qəşəmli İnci , Qəşəmli Nuray, Qəçəmli Nuran, Qəşəmli Gülçin, Qəşəmli Mehran şairənin şerlərini söylənilib.
Tədbirin sonunda şairənin həyat yaradıcılığını əks etdirən videoçarx yayımlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.