Bərdə gəncləri Gəncədə raket düşən ərazini ziyarət ediblər.
Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal gənc Gəncə şəhərinə səfər etmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən şəhərin raket hücumlarına məruz qalmış əraziləri gənclər tərəfindən ziyarət edilmiş, şəhidlərimizin ruhu dərin hüznlə yad edilmişdir.
Səfər çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov raket düşən ərazilərlə bağlı gənclərə geniş şəkildə məlumat vermişdir.
Ümumilikdə Gəncəyə olan raket hücumları nəticəsində 6-ı uşaq olmaqla, 26 mülki şəxs şəhid olmuş, 29 uşaq olmaqla 127 şəxs isə yaralanmışdır.