“Bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3 ilə salına bilər” – Nazir

“Ali təhsil pilləsində bəzi ixtisaslarda təhsil dövrü qısaldıla bilər”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, turizm, kommersiya və s. kimi bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3 ilə salına bilər.

“Biz hazırda bu məsələni müzakirə edirik. Bu həmin ixtisaslarda daha çox tələbənin təhsil almasına gətirib çıxara bilər. Düşünürəm ki, pilot səviyyədə növbəti illərdə bunu edə bilərik”, – deyə Əmrullayev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.