”Bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsi-Nizami Gəncəvi-880” adlı ədəbi-bədii gecə keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxananın Oxu zalı “Bəşəriyyətin bədii inkişaf tarixinin qızıl səhifəsi-Nizami Gəncəvi-880” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri oxu zalının müdiri Aidə Abdullayeva acıq elan edərək qonaqları salamladı.

Çıxış üçün ilk söz Mərkəzi Kitabxananın direktoru Elmira Əliyevaya verildi, öz çıxışında Nizami Gəncəvi ili ilə əlaqədar kitabxanada keçirilən mütəmadi tədbirlər haqqında məlumat verdi. Tədbirdə AMEA-nın Gəncə bölməsinin elmi işçiləri Təranə Verdiyeva- “Nizami Gəncəvi və Gəncə”, Türkan Verdiyeva “Nizami Gəncəvinin hikmət və nəsihətləri ingilis dilində”,Leyla Kərimova “Nizami Gəncəvi əsərlərində vəhdəti vücud fəlsəfəsi” mövzusunda çıxışlar etdilər. Daha sonra çıxışçılar Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, şairə Aləmzər Əlizadə, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova , şair Eltun Türkel Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı çıxışlar etdilər.

Şairə Aləmzər Əlizadə Nizami Gəncəviyə ithaf etdiyi şeirlə çıxış etdi, oxu zalının əməkdası Tərifə Abbasovanın ifasında Nizami Gəncəvinin Sənsiz qəzəli səsləndirildi.

Tədbirin bədii hissəsində  Tərtər Uşaq Musiqi Məktəbinin direktoru Mahir Qədimovun başçılığı ilə müəllim qrupu Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili canan” romansları səsləndirildi.Gəncə Dövlət Dram Teatrının aktyorları Mətləb Təhmazi və Elmir Məmmədovun ifasında qəzəllər səsləndirildi.

Gəncə Uşaq Rəssamlıq Məktəbinin müəlliməsi Nailə Məmmədzadə Nizami Gəncəvinin əsərlərindən ibarət əl işlərini tədbir iştirakcılarına təqdim etdi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.