Bərdə şəhər Heydər Əliyev adına parkda “Oxu bayramı” təşkil edilib

Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda təşkil edilən Oxu bayramı sakinlər tərəfindən maraqla qarşılanıb.

Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkil etdiyi tədbirdə müxtəlif mövzularda kitab sərgiləri, həmçinin rəsm və bacarıqlı əllər dərnəklərinin, fəal oxucuların əl işləri nümayiş etdirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova bildirib ki, kitablar kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən sirli bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola işıq salır. Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində əsas məqsəd də mütaliəyə diqqəti artırmaq, ədəbiyyata marağı olan hər kəsin, xüsusilə yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Tədbirdə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin obrazı canlandırılıb, şairin qəzəlləri səsləndirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Oxu” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Oxu bayramı rəngarəng konsert proqramı ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.