AzTV-nin keçmiş sədr müavini vəfat etdi

Azərbaycan Televiziya və Radio Verilişlləri Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini, tanınmış telejurnalist Cavanşir Cahangirov dünyasını dəyişib.

Etmtv. news xəbər verir ki, o, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb.

1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.