Nazirlə ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində Şuşa və Xankəndidəki təhsil müəssisələrini ziyarət edib.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Baş direktor Səlim bin Məhəmməd əl-Malik elm və təhsil naziri Emin Əmrullayevlə birgə əvvəlcə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yaradılan tədris şəraiti ilə tanış olub və şagirdlərlə görüşüb. Daha sonra Qarabağ Universitetinə baş çəkərək universitetin yeni inşa olunan korpusları, auditoriya və laboratoriyalarda yaradılan şərait, həmçinin yataqxana imkanları ilə tanış olub. Tələbələrlə görüş zamanı sözügedən universitetdə onların təhsil fəaliyyətini dəstəkləyən şərait barədə fikir mübadiləsi aparılıb və xatirə şəkilləri çəkilib. Ziyarət zamanı universitetin rektoru Şahin Bayramov qonağa müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.