Bu gün ölkənin ərazi bütövlüyünün bərpası ilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifahlı cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış təmin edilməkdədir. Sosial-iqtisadi həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin olduğunu təsdiqləyir.Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir.Otuz ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir Hazırkı dövrdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ikitərəfli əlaqələrin dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, eləcə də, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından münasibətlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Qoşqar Əliyev
Masallı rayon Təzə Alvadı kənd sakini