“Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam”.
Bu barədə Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarına səfəri zamanı deyib.
Dövlət başçısı bildirib: “Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlanılıb. Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işlərinə başlanılıb”.
Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində paylaşıb.