Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Bunu təhsil eksperti Kamran Əsədov qanunun mahiyyətini öz “Facebook” səhifəsində şərh edib. Ekspert bildirib ki, diplomlar bundan sonra əvvəlki qayda ilə verilməyəcək:
“Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək. Yəni daha kardon – kağız diplom verilməyəcək. Məzuna kod veriləcək, lazım olanda ora daxil olub, sənəd yoxlanılıb götürüləcək”. – ekspert qeyd edib.