04-09 Mart 2025-ci il tarixlərində Azərbaycanın görkəmli əbədiyaşar bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş möhtəşəm festival keçiriləcək. Festival çərçivəsində Gəncə ilə yanaşı, paytaxt Bakıda və digər bölgələrdə müxtəlif konsertlər, elmi seminarlar, kitab təqdimatı, opera və balet nümayiş olunacaq.
Tədbirlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında, Milli İncəsənət Muzeyində və digər məkanlarda keçiriləcək.
Festivalın təntənəli bağlanış mərasimi isə 09 mart 2025-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Qeyd edək ki, biletləri “ASAN XİDMƏT”in kassalarından saat 11:00-dan 19:00-dək və “itecket.az” saytından əldə etmək mümkündür.
