Bu gün – fevralın 8-dən etibarən Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.
Bu gün ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var. Belə ki, 65 yaşdan yuxarı randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçmiş hər bir vətəndaş SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.