Bu günlərdə noyabr ayının 9-da Xalq Artisti Siyavuş Kəriminin 70 yaşı tamam oldu.
İlk əvvəl ölkə başçısı, Ali Baş Komandan, mədəniyyət sahəsinə yüksək dəyər verən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yeddi noyabrda imzaladığı sərəncam əsasında Xalq Artisti Siyavuş Kərimiyə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin fəxri təqaüdünə layiq görüldü.Onun işığında elə bir mədəniyyət qurumu olmadı ki, Xalq Artisti Siyavuş Kəriminin bu önəmli gününə münasibət bildirməyə. Ona tələbələr, müəllimlər, musiqi və mədəniyyət sahəsində çalışan sənətkarlar təbrik edib. Ölkəmizin hər bir yerindən təbrik məktubları, fəxri təbrik fərmanları gəlməyə başlayıb. Bu məktublar, diləklər, arzular tükənməzdir, saysız-hesabsızdır. Azərbaycandan kənarda, ölkə hüdudlarından uzaqda dostları, sənət yoldaşları ona təbriklər göndərməyə davam edirlər.Eyni zamanda Azərbaycan Milli Kitabxanasında “Xalq Artisti, professor Siyavuş Kərimi” adlı kitab sərgisi təşkil olunub. Burada onun müəllifi olduğu not məcmuəsi, Siyavuş Kəriminin həyatı, zəngin dəyərli elmi və pedaqoji fəaliyyəti haqqında kitablar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, tərtib etdiyi, redaktə etdiyi, ön sözün müəllifi olduğu kitablar nümayiş olunub.Bundan başqa, AMK tərkibində incəsənət gimnaziyasının rəssamlıq şöbəsinin müəllimi Nəriman Məmmədov Siyavuş Kəriminin yubileyinə həsr etdiyi əsərini təqdim edib. Eyni zamanda, gənc heykəltəraş, Naxçıvan Dövlət Universitetinin (NDU) müəllimi Elxan Zeynalov, Xalq Artisti, “Şərəf və Şöhrət” ordenli, AMK-nın rektoru, professor, Prezidentin fərdi təqaüdçüsü Siyavuş Kərimini 70 illik yubileyi münasibətilə təbrik edib. Siyavuş Kəriminin şərəfinə hazırladığı büstü Facebook səhifəsində paylaşan Elxan Zeynalov, həmin paylaşımda bu sözləri yazıb:
“Korifey sənətkarımıza möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram.”
Bu təbrik, Eldar Zeynalovun həm sənətkara hörmətlə duyduğu ehtiramı, həm də ona olan dərin sayğısını ifadə edir.Yubiley ərəfəsində daha bir önəmli hadisə baş verir. Noyabrın 20-də premyerası olacaq, libretto-su akademik Rafael Hüseynova aid olan, dahi şairimiz Nəsiminin yaradıcılıq və keşməkeşli həyat yolunu əks etdirən opera təqdim olunacaq. Operanın bəstəkarı Siyavuş Kərimidir. Baş rol, Nəsimi rolunun ifaçısı Əməkdar artist Ramil Qasımovdur. Bu operanın onun 70 illik yubileyi ərəfəsində nümayiş olunması təsadüfi deyildir. Bu sənətkara verilən dəyər məni çox sevindirir. Qürurverici bir məqamdır.Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq Artisti, Şərəf və Şöhrət ordenli Siyavuş Kəriminin 70 illik yubileyi, rektor və eyni zamanda yaradıcısı olduğu Azərbaycan Milli Konservatoriyasında bir-birindən zəngin olan tədbirlərlə davam edir. Artıq bir aya yaxındır ki, bütün kafedralar, tələbələr hər kəs sevimli rektorunun yubileyinə hazırlaşır, bunu dəhlizlərdə eşidilən Siyavuş Kəriminin musiqi əsərlərindən sezmək olur. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və mədəniyyətin inkişafına böyük əvəzolunmaz xidmətləri nəticəsində yaranmış olan Milli Konservatoriya, Xalq Artisti Siyavuş Kərimiyə Onun əmanətidir. Xalq Artisti Siyavuş Kərimi bu əmanəti gözəl qorudu. Andını doğrultdu.AMK-nın abu havası, tələbə-müəllim münasibəti, sənət qaynayan mühiti buna bariz nümunədir. Azərbaycan Milli Konservatoriyasında Xalq Artisti Siyavuş Kərimiyə sevgi sonsuzdur. Əlbəttə, tədbirlər davam edir.İndi sizə bir neçəsi haqqında məlumat vermək istəyirəm.Bu ay Azərbaycan xalqı üçün çox önəmli, şərəfli, eyni zamanda hüznlü dönüş nöqtəsi olan bir aydır.Dörd il əvvəl biz bu gün Qarabağa qovuşan və torpaqlarını işğaldan azad edən xoşbəxt bir xalq kimi dünyaya səs saldıq. Bəli, həm şanlı “Zəfər bayramı”mız, həm müqəddəs üç rəngli “Bayraq günü”, həm də AMK-nın yaradıcısı, Xalq Artisti Siyavuş Kəriminin 70 illik yubileyi universitetdə hər kəsin üzündə, simasında sevinc yaradıb.Beləliklə, ilk konsertimiz:
Azərbaycan Milli Konservatoriyasının ürəyi olan orkestrləri özündə birləşdirən Dirijorluq kafedrasının Siyavuş Kəriminin 70 illik yubileyinə həsr olunmuş “Sənət Dolu Ömür” adlı konserti oldu. Konsertdə AMK-nın tələbələrindən ibarət “Milli Avaz”, “Uğur” xor kollektivləri, “Şəms-Qəmər” Kamera xoru, “Ariflər”, “Buta” orkestrləri iştirak etdilər. Bədii rəhbər: Dirijorluq kafedrasının müdiri, dosent Leyla Zaliyeva. Bu konsert bir-birindən əvəzsiz musiqi əsərləri ilə zəngin bir hesabat konsertidir. Konsertin sonunda çıxış edən rektor, Xalq Artisti Siyavuş Kərimi əməyi keçən hər bir kəsə təşəkkür etməklə yanaşı, istedadlı tələbələri ilə qürur duyduğunu dilə gətirib. Həmişə fəxr etdiyi Dirijorluq kafedrası, bədii rəhbər dosent Leyla Zaliyeva başda olmaqla tələbələrdən ibarət xor kollektivlərinə və istedadlı dirijorlar Aysel Bağırova, Arif Məhərrəmova təşəkkür edib, xor və orkestrləri bu uğurlu bayram konserti münasibətilə təbrik edib. Qeyd etməliyik ki, tədbirdə Siyavuş Kəriminin xor və orkestrlərlə gördüyü birgə işlər barədə kiçik, çox maraqlı film də nümayiş olunub. Konsert səmimi və gözəl notlarda başa çatıb.Noyabr ayının 4-də Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin 70 illiyinə həsr olunmuş Elmi-Praktiki Konfrans keçirildi. AMK-nın Elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət xadimi Lalə Hüseynova başda olmaqla, Etnomusiqişünaslıq kafedrasının təşəbbüsü ilə ərsəyə gəlmiş bu tədbirdə musiqi nömrələri də nümayiş olunub. Xalq Artisti Siyavuş Kəriminin bütün yaradıcılığı göz önündən keçirilib. Tədbirdə AMK-nın mətbuat xidmətinin hazırladığı “Anın melodiyası” kitabçası təqdim olunub. Bu kitabçada bəstəkarla müsahibə və esse təqdim olunub.Konfransda Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova,Məruzəçilər: Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiriƏməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev “Siyavuş Kərimi musiqi təhsilimizin islahatçısı kimi”,Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Jalə Qulamova “Siyavuş Kəriminin beynəlxalq musiqi layihələri”, AMK-nın “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Cəmilə Mirzəyeva “Siyavuş Kəriminin dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi əsərləri”,
Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səadət Verdiyeva “Siyavuş Kəriminin mahnı yaradıcılığı”,
İmtahan mərkəzinin rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Leyla Quliyeva “Siyavuş Kəriminin “Nəsimi” operası” mövzusunda məruzəçilər bir-birindən maraqlı mövzularla çıxışlar etdilər, konfransda məruzələrə əlavə olaraq Siyavuş Kəriminin musiqi əsərlərini “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müəllim və tələbələri təqdim etdilər.Konfrans “Nəsimi” operasından xor ifasıyla başa çatıb.İfa etdilər (Dirijorluq kafedrasının AMK-nın tələbələrindən ibarət “Şəms Qəmər” kamera xoru. Bədii rəhbər dosent Leyla Zalıyeva – müşayiət AMK-nın “Fortepiano kafedrası”nın müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti, Əməkdar müəllim Naibə Şahməmmədova)
5 Noyabrda Azərbaycan Milli Konservatoriyasının böyük zalında vokal kafedrasının Siyavuş Kəriminin 70 illik yubileyinə həsr etdiyi yubiley konserti keçirilib. Konsertin aparıcısı AMK-nın müəllimi, Əməkdar artist Ramil Qasımov olub. Konsertdə Milli vokal kafedrasının müəllimləri musiqi əsərləri ifa ediblər.
Eyni zamanda Ramil Qasımov Xalq artisti Siyavuş Kəriminin bəstəsi olduğu “Sən yanımda ol” mahısını ifa edib. Tədbirdə bir-birindən zəngin repertuarla milli vokal kafedrasının müəllimləri iştirak edib və hər biri səhnədən sevimli Rektorlarını təbrik ediblər. Və nəhayət, ayın 7-si Yubiley konsertimizin yekun gecəsi keçirilib. Bu tədbirə Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri, elm xadimləri, bir çox nüfuzlu simalar dəvət olunub. Zəfər günü, Bayraq günü, eyni zamanda Siyavuş Kərimi 70 adı altında baş tutan tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, millət vəkili Polad Bülbüloğlu, Fatma Abdullazadə, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Prezident Administrasiyası Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqədar şöbənin müdiri Ədalət Vəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Azərbaycan Respublikasının Xalq rəssamı, professor YUNESKO Rəssamlar İttifaqı üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Sakit Məmmədov, Xəzər TV-nin baş direktoru Murad Dadaşov, millət vəkili Əlibala Məhərrəmzadə, AMK nəzdində Musiqi Kollecinin müdiri, Əməkdar İncəsənət Xadimi Nazim Kazimov, Meksika səfiri Mariya Viktoriya Romero Kabalyero, İtaliya səfiri Luka di Can Francesco, Əlcəzair səfiri xanım Zəkiyyə İğlli, Qırğızıstan səfiri Maksat Mamitkanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov, Fəlsəfə elmləri doktoru Etibar Əliyev, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru İlham Əsgərov. Tədbir zəngin musiqi nömrələri ilə davam edib. Xalq artisti gözəl bəstəkar Siyavuş Kəriminin bəstələri ifa olunub. Gecədə Cabir Novruzun sözlərinə bəstələnmiş “Gecikmiş məhəbbət” musiqi əsəri Əməkdar artist Bəyimxanım Vəliyevanın ifasında alqışlarla qarşılanıb. Ardından Mikayıl Müşfiqin sözlərinə yazılmış “Rəssam” musiqi əsəri Əməkdar artist Ramil Qasımovun ifasında dinlənilib. Qeyd edək ki, yubilyarın rəsmini bir qədər əvvəl təqdim edən xalq rəssamı Sakit Məmmədova həsr edilən bu musiqi nömrəsi də böyük əks sədaya səbəb olub. Ümumiyyətlə bu gecə seçilən bütün musiqi nömrələri bir-birindən gözəldir. Əməkdar müəllim Fortepiano kafedrasının müdiri Naibə Şahməmmədovanın ifasında “Nəsimi” operasından uvertüra çox uğurlu bir çıxış olub.Gecədə istedadlı tarzən Bəhruz Zeynalın Xalq artisti Siyavuş Kəriminin “Ömrün istəyi” musiqi əsərini ifa etməsi diqqət çəkib.Sonda isə TGT-nin tələbələrinin öz sevimli rektorlarının şərəfinə təşkil etdikləri Fləş-mob nümayiş olunub.( sədr Ayxan İmanov,Rejissor və montaj Sevil Ağayeva,İdeya Dossent Leyla zalıyeva )Yubiley tədbirində Xalq artisti Siyavuş Kərimiyə Memarlar İttifaqının fəxri təbriki, Mədəniyyət Nazirliyinin fəxri təbriki, AMK nəzdində Musiqi Kollecinin fəxri təbriki təqdim olunub.Bildiyimiz kimi, Xalq Artisti Siyavuş Kərimi Azərbaycan İncəsənətinin tarixində çox önəmli bir yaradıcılıq yolu keçmiş şəxsiyyətdir, onun əlliyə yaxın tamaşaya musiqi yazdığını və bu tamaşaların son dərəcə uğurlu olduğunun şahidi olmuşuq, eyni zamanda bir çox önəmli yadda qalan filmlərə sauntreklər yazıb. Bu baxımdan tədbirə qonaq qismində iştirak edən bir çox qurumlar içində iştirak edən teatrlar da Siyavuş Kəriminin zəngin teatr fəaliyyətinə laqeyd qalmamış onu ən ali mükafatlarla təbrik ediblər.Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubilyara “Teatr xadimi” qızıl medalını təqdim edib.Azərbaycan Dövlət Milli Akademik Teatrının direktoru İlham Əsgərov Xalq Artisti Siyavuş Kərimiyə “Milli Teatr” fəxri mükafatını təqdim edib.
Azərbaycan Milli Konservatoriyasının yaradıcısı, Azərbaycanın fəxri incəsənət xadimlərindən biri, milli musiqi təhsilinin, mədəniyyətinin, milli irsimizin inkişafında əvəzolunmaz xidmətləri olan sənətkar, Rafiq Babayev ənənəsindən gələn sənətkar. Neçə gənc müğənniyə sənət yolunda çıraq olan Xalq artisti Siyavuş Kərimiyə xalqın içində eyni zamanda sənət aləmində olan sevgi tükənməzdir. Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri İlham Əliyevin sənətə verdiyi dəyər bu dəyərlərin fövqündə durur.Fəxr ediləcək bir dövrdür.Çünki Əsl sənət sevgisiylə yöğrulan bu münasibət təqdirəlayiqdir. İnsanının köksündə fərəh yaradır.Öz növbəmdə çox dəyərli, sadə, təvazökar, müdrik, böyük ürəkli insan, gözəl idarəetməni bacaran rektor, tələbələrin sevimlisi, müəllim, professor, ifaçıların ürəyinə yol tapan bəstəkar, mətnə, sözə, ədəbiyyata dəyər verən sənətkar,gözəl ata, gözəl ailə başçısı, əziz Siyavuş müəllimi təbrik edirəm. Ona Azərbaycan Milli Konservatoriyasının gələcək fəaliyyətində arzuladığı bir-birindən zəngin layihələrini həyata keçirmək üçün işıqlı yol arzulayıram.Azərbaycanın sənətkar oğlu, milli musiqi təhsilində dönüş və yenilik gətirən təhsil işçisi, şərəf və şöhrət ordenli, Xalq artisti, prezidentin fərdi təqaüdçüsü, professor Siyavuş Kərimi 70 yaş ömrün sənətkar yaşıdır. Bu yaşınız sizə uğur gətirsin. Var olun.
Aysel Fikrət
AMK nın mətbuat Katibi