Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunub

Dünyanın ən böyük kitab sərgilərindən  olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunub.
Sərgidə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin və “Everest” nəşriyyatının nümayəndələri iştirak ediblər.
Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. Eyni zamanda Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qurublar.
Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.
1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.