Azərbaycan Cüdo Federasiyası Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır

Azərbaycan Cüdo Federasiyası Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.

Bununla əlaqədar olaraq, Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov və Federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar. Görüşdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirak ediblər.

Niyazi Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb, cüdo mərkəzinin inşasının Gəncə şəhərində bu idman növünün inkişafına təkan olacağını qeyd edib.

Daha sonra Federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.