Azərbaycanlı gənclərdən elmi kəşf: Yaxın Şərq tarixində ilk reallaşdı

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup gənc Yaxın Şərq tarixində ilk dəfə robot tibb bacısı hazırlayıblar.

Bu robot Güney Azərbaycan və İranda tibb bacılarına yardım etmək məqsədilə hazırlanıb.

“Həkim” adı verilən robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Yaxın gələcəkdə robotun geniş istehsalına başlanılacaq.

Yeni istehsal olunan robotun gələn həftə Ərdəbilin Xomeyni xəstəxanasında quraşdırılacağı bildirilir.

İnternetə bağlı olan robot mikrofon, durbin, səsgücləndirici, lazer termometr və bir sıra proqramlarla təchiz edilib. Sürətlə hərəkət edə bilən robotun dərman və yemək daşıma qabliyyəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.