Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İSEF – İnternational Science and Engineering Fair) keçiriləcək. Bu il müsabiqənin tarixində ilk dəfə olaraq İSEF-in münsiflər heyətinin tərkibinə  fizika və astronomiya kateqoriyası üzrə “Böyük  Mükafat” münsifi  qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.

Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İBeynəlxalq Elm və Mühəndislik Sərgisinə hər il 70-80 ölkədən  IX – XI  sinif şagirdlərindən ibarət  komandalar iştirak edir.

2012-ci ildən etibarən “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda  İSEF-də Azərbaycanı uğurla təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.