Azərbaycanın bir qrup ziyalısı Füzuli rayonuna, Hadrut qəsəbəsinə, həmçinin Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında məlumat verib.
O, sözügedən ərazilərdə görülən işlərlə tanış olduqlarını diqqətə çatdırıb.