Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDI

“22 sentyabr tarixindən l və IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədris başlayır”. 
Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, sentyabrın 29-dan, həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq.
Nazir qeyd edib ki, dərslər əvvəlki kimi həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə olmaqla bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.