Azərbaycanda deputatlığa namizəd qəzaya düşdü

Deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Etmtv. news “Yeni Sabah”-a ictinadən xəbər verir ki, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb: “İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində yüngül qəza keçirdik, bu səbəbdən Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq.

Deyəsən, xalqımız demiş “göz dəydi”. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq”.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 – 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Azərbaycanda deputatlığa namizəd qəzaya düşdü- Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.