Azərbaycanda bu ərazilərdə karantin ləğv olundu

Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən – bu gündən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.