Azərbaycanda 7 yeni ixtisas yaradıldı

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.

Etmtv.news xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub:

“Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarı ilə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.