Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Etmtv.news xəbər verir ki, görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr, mədəniyyət, turizm və humanitar sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Kaxa Kuçava Azərbaycanın mədəniyyət nazirinin Gürcüstana səfərini, xüsusilə də, keçirilən görüşləri və müzakirə olunan məsələləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət edir.

Nazir Anar Kərimov Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahələrinin inkişafına böyük önəm verdiyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinin vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.