Azərbaycan qlobal təşəbbüslər ölkəsidir

Dünyanın bir çox ölkələrində hə rbirinin mədəni, iqtisadi, siyasi baxımdan müəyyən fərqlər vardır.Ümumiyyətlə, həm inkişaf etmiş, həm də dünya ilə daha çox münasibətlər quran ölkələr daim diqqət mərkəzində olurlar.

Azərbaycan qloba təşəbbüsləri ilə diqqətdə olan ölkələr sırasındadır. 2013-cü ildən bəri Azərbaycanın təşkil etdiyi Qlobal Bakı forumu qlobal səviyyədə bir çox bəşəri problemlərin müzakirə olunduğu platformalardan biri idi.

Ötən iki ilə nəzər salsaq, aydın şəkildə  görərdik ki, Covid-19 ilə mübarizədə düşünülmüş şəkildə tədbirlər görən ölkələrdən biri də Azərbaycan olmuşdur. Həmçinin ölkəmiz BMT-nin İnsan Hüquqları şurasında Covid-19  qarşı mübarizədə ölkələr arasında peyvəndlərin ədalətli bölüşdürülməsi barədə çıxış etmişdir. Azərbaycan ədalətli mövqeyini bu baxımdan da göstərmişdir.

Ölkəmizin iqtisadi baxımdan böyük uğurları imzalar atdığını qeyd etməmək olmazdı. Bir çox Avropa ölkələrini fasiləsiz olaraq qiymət artımı olmadan qazla təmin edən ölkədir. Və bu keyfiyyətlərinə görə öz sərhədlərindən də kənarda Azərbaycan etibarlı, güvənli müttəfiq olduğunu nümayiş etdirib.

Azərbaycanın  őzgűcű və siyasi iradəsi ilə 30 illik műnaqişəni  44 gųndə  həll etməsi bəzi dairələri qıcıqlandırır , Qərb mediasında Azərbaycana qarşı  aparılan qarayaxma kompaniyasının heç bir əsası yoxdur . Bu őlkələrin  őzűndə  insan haqlarının pozulmasına dai retirazçıların güclənməsi və təhqir olunması , media mənsublarına qarşı zorakırlıq halları , eyni zamanda milli və irqi ayrıseçkiliklə bağlı yüzlərlə fakt var. Bu cür nöqsanların mövcud olduğu ölkələrin özlərini insan hüququ və azadlıqlarının müdafiəçisi kimi təqdim etməsi sadəcə gülüş doğurur. İnsan hüquq və azadlıqların kobud şəkildə pozulduğu əksər Qərb ölkələrin Azərbaycanı əsassız səkildə ittiham etməyə haqqı yoxdur.

Azərbaycan artıq Müzəffər ölkədir. 30 illik işğal həsrəti sona yetdi. Bu 30 illik münaqişəni nəhayət Azərbaycan özü həll etdi. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal edilən zamandan BMT təhlükəsizlik şürasının, ATƏT-ın Minsk  Qurupunun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyd- şərtsiz çıxarılmasını tələb edən qətnamələri kağız üzərində qalmışdı. Azərbaycan bu qətnamələrin, bu danışıqların davamını gözləsəydi, torpaqlarımız demək olar ki, heç vaxt işğaldan azad edilməyəcəkdi. Odur ki, Ali baş komandanımızın əmri ilə Azərbaycan ordusu 44 gün ərzində erməni quldurlarını əzəli -əbədi torpaqlarımızdan darmadağın edərək qovdu.Tarixi ədaləti bərpa etdi.

Artıq işğaldan azad olunmuş ərazilərdə güclü quruculuq, bərpa işləri gedir. Qaçqın və köçkünlər öz doğma dədə – baba yurdlarına tərəf üz tuturlar. Azərbaycan artıq müzəffər ölkədir. 30 illik işğal həsrəti sona yetdi. Ölkəmiz 30 illik münaqişəni özü öz gücü ilə həll etdi.

 

Vüsalə İmanova, Masallı şəhər sakini, fəal gənc.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.