Hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olmuşdur. Azərbaycanda qadınların yeri və rolu isə ictimai həyatda həmişə yüksək olmuşdur. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri vardır. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər.
… Azərbaycanda tərəqqi və yeniləşmə hərəkatı qadınları da geniş əhatə etmişdir və qadınlar bu inkişaf meyarlarının möhkənmlənməsində fəal rol oynayırlar. Qadınlar artıq qlobal səviyyədə, BMT-nın, Avropa Birliyinin, ATƏT-in, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, YUNESKO-nun işlərində, dünyada baş verən ictimai-siyasi proseslərdə, dövlətin idarə olunmasında, yerli idarə orqanlarında, keçirilən seçkilərdə fəal iştirak edirlər.
… Modernləşən və inkişaf edən, sivil demokratik cəmiyyətə çevrilmiş Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Bu mənada Mehriban xanım Əliyevanı bütün qadınlar üçün örnək hesab etmək ən düzgün seçim olardı.
… Xalq və dövlət üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrın ən görkəmli Azərbaycan xanımı Mehriban Əliyevadır. Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb.
… Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlatmışdır. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdır.
… Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.
… Mehriban Əliyeva atdığı hər addımla cəsarətli və cürətlidir. O, mehribanlıq yarada bilən ülvi xüsusiyyətlərə malik qadındır. Onun cəmiyyətin hər bir üzvünə qarşı isti rəftarı yalnız xoş münasibət doğurur. Mehriban xanım ictimai lider kimi Azərbaycan qadınının parlaq obrazını formalaşdırmışdır. O, sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur və istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.
…. Mehriban xanım yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik bir ailədə doğulub və tərbiyə alıb. Valideynləri Mehriban xanımın milli və mədəni şəxsiyyət olaraq formalaşmasında əvəzsiz rol oynayıblar.Təvazökar, sadə və ziyalı bir ailədə tərbiyə almış, həmin mühitdən bəhrələnmiş, sonra isə dünyəvi siyasi bir ailədə – Ulu öndər Heydər Əliyev ailəsində siyasətçi kimi püxtələşmişdir.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.