Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü ərəfəsində

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi karantin rejimi müddətində onlayn fəaliyyətini davam etdirmiş, Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixinin təbliğ ilə bağlı işlər görmüşdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 20 avqust 2020-ci il tarixində Maestro Niyazinin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans) keçirmişdir. Muzeyinin direktoru Alla Bayramova R.M.Qlierin anadan olmasının 145 illiyinə həsr olunmuş “Reynhold Qlierin Musiqisində Simfonizm və Etnos və XX-XXI əsrdəAzərbaycan Musiqisi” adlı növbəti beynəlxalq onlayn-konfransda və Klin şəhərində (Rusiya) P.İ.Çaykovskinin 180 illiyinə həsr olunmuş beynəlxalq festival çərçivəsində keçirilən onlayn konfransda iştrak etmişdir.

Bu il Milli Musiqi Günündə Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin anadan olmasının 135 illiyi qeyd olunur. Yubiley ərəfəsində sentyabr ayının 5-dən muzeyin zəngin kolleksiyalarından korifeylərə aid tarixi sənədlərdən ibarət  silsilələr təqdim edilir. Onlar içərisində doğum şəhadətnamələri, 1912-ci ildə Üzeyir Hacıbəylinin Müslüm Maqomayevə verdiyi Etibarnamə, nadir fotoşəkillər və digər materiallar muzeyin 3 dildə fəaliyyət göstərən sosial şəbəkə səhifələrində yerləşdirilmişdir.

Eyni zamanda qeyd etmək istərdik ki, Muzey tərəfindən 17 sentyabr 2020-ci il tarixində saat 17:00-da Milli Musiqi Günü, Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə Azərbaycan, Türkiyə, Rusiya və Amerikanı təmsil edən nümayəndələrin iştrakı ilə onlayn tədbir keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.