Məmməd Mustafa oğlu Sadıqov
( f-r.e.n., dosent., fəxri professor)
(13.02.1935-26.03.2019)
Gözəl insan, qayğıkeş ata(baba) ,əvəzolunmaz müəllim, unudulmayacaq dost(sirdaş), sözün bütün mənasında ağsaqqal, el atası, Gəncə Dövlət Universitetinin yeganə yaddan çıxmayacaq müəllimləridən biri olan Məmməd müəllim aramızda haqq dünyasına qovuşmuşdur.
Azərbaycan elminə və ictimaiətinə ağır itki üz vermişdir.
Məmməd Mustafa oğlu Sadıqov ömrünü 84-cü baharında vəfat etmişdir.
Məmməd müəllim Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik kəndində andan olmuş, orta təhsili Tovuz şəhər məktəbində,ali təhsilini o zamankı Gəncə Pedaqoji İnistitunda riyaziyyat ixtisasında almişdır. Bir neçə il doğma rayonunda riyaziyyat müəllimi işləmiş, sonra Bakı Dövlət Univirsitetnin əyani aspiranturasına qəbul olunmuşdur.
Azərbaycanda və MDB məkanında Diferensial və inteqral tənliklər sahəsində tanınmış mütəxəsis olan AMEA-nın həqiqi üzvü, fizika və riyaziyyat üzrə elmlər doktoru, professor Qoşqar Teymur oğlu Əhmədovun rəhbərliyi altında “Diferensial Tənliklərdən” çox uğurlu bir müdafiə edərək fizika və riyaziyyat elmlər namizədi alimlik dərəcəsi adını almışdır.
1971-ci ildən hal-hazıra kimi Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasında müəllim, baş müəllim, dosent , fəxri professor vəzifələrinə yüksəlmişdir.
Məmməd müəllim 40-dan çox elmi əsərin, 4 dərs vəsaitinin, 4 fənn proqramının və bir neçe metodiki göstərişin müəllifi olmuşdur.
Məmməd müəllim bütün tələbələrin və müəllimlərin sevimlisi və himayədarı olmuşdur. Onun çoxlarının əli çatmaycaq insani keyfiyyətləri, sadəlövlüyü, ürəkyanımcılığı, kövrəkliyi həm də tələbkarlığı həm ailədə, həm də işlədiyi böyük kollektivdə ona daima başucalığı, hörmət gətirmişdir.
Məmməd müəllim kimilər əsrdə bir , çox az sayılacaq dərəcədə , nadir hallarda dünyaya gəlir.
Təkcə elm adamı olmaqla kifayətlənməyən bu insan, çox gözəl ailə başçısı, beş oğul atası, nəvələr, nəticələr sahibi idi.
Məmməd müəllimin həm ailədə, həm də işdə yoldaşları xətrini çox istəyərdilər. Çünki o, ətrafındakı insanlara qarşı çox həsas və diqqətli olan insan idi.
Məmməd müəllim gənclərin daima yanında olmuş, onlara bütün sahələrdə dəstək, arxa olmuşdur.
Onun dərs keçdiyi tələbələr indi Respublikanın sayılıb seçilən elm adamları, riyaziyyatçıları və vəzifə sahibidirlər.
Məmməd müəllim daima doğma yurduna, torpağına gedər, elinə, obasına diqqət göstərədi. Oranın toy və yas məclislərində öndə olardı.
Bütün iş yoldaşlarına və qohumlarına, dostlarına öz ali insani keyfiyyətləri ilə örnək olmağa çalışardı.
Mən onun dəfn günündə yaşanan izdihamı gördüm, bir daha əmin oldum ki, biz onu tanımağımızda, onunla bir süfrəni , dərd-sərimizi, sevincimi paylaşmağımızda yanılmamışıq.
Biz Gəncə Dövlət Universiteti, riyazi-analiz kafedrası olaraq onun aramızdan köçməyinə üzülür və onunla fəxarət duyuruq!
Şərəfli bir alimi, əzəzsiz müəllimi, gözəl xatirələr ilə axirət evinə yola salırıq! Bu yol hamının gedəcəyi bir yol deyil!
Əziz və unudulmaz elm adamının, el adamının, sözün bütün mənalarında el ağsaqqalının vəfatı münasibətilə onun övladlarına, doğmalarına, yaxınlarına, çalışdığı böyük kollektivə, dostlarına, onu tanıyanlara, bütün Tovuzlulara dərin hüznlə baş sağlığı verirəm.
Ruhun şad , məkanın behişt, torpağın cənnət olsun, əziz Məmməd müəllim!
Sən ömrümüz boyu bizimləsən!
Biz Səni heç zaman unutmayacağıq!
El atası!
Etibarlı və sədaqətli dost!
Təmannasız insan!
Yüksək əxlaqı və mədəni dəyərlərə malik ziyalı!
Böyük bir nəslin və universitetin ağsaqqalı!
Məşədi Zəfər Dumanlı
GDU-nin riyazi-analiz kafedrasının dosenti.
Gəncə şəhəri
29.03.2019