Xidmətin əsas məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək tələb olunan təhsil sənədlərinin ən qısa müddətdə əldə edə bilməsidir. “Bir pəncərə” sistemi vasitəsilə tələbə öz şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir. Hazırlanmış sənəd QR kodla təsdiq olunur və PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
2022/2023-cü tədris ilindən arayışlar ingilis dilində də verilir.
Qeyd edək ki, “Bir pəncərə” xidməti 2019-cu ildən istifadəyə verilib. Ötən il xidmət tərəfindən 17 min müraciət cavablandırılıb. Müraciətlərin sayı 2019-cu illə müqayisədə 4.24 dəfə artıb.