Azərbaycan Dillər Universiteti “Açıq qapı” günü elan edir

Azərbaycan Dillər Universiteti ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün iyulun 29-30-da saat 11:00-da “Açıq qapı” günləri keçirəcək.
Abituriyentlər və onların valideynləri “Açıq qapı” günlərində iştirak etməklə bu ali məktəbin daxili strukturu, universitetdə təhsilin səviyyəsi, tədris olunan dillər və s. haqqında ətraflı məlumat əldə edəcəklər. “Açıq qapı” günlərində iştirak etmək üçün sadəcə göstərilən tarixlərdə universitetin 1 saylı tədris korpusuna (Əsas korpus) gəlmək kifayətdir. (Ünvan: Rəşid Behbudov küçəsi, 134).
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinə qəbul II və III ixtisas qrupları üzrə aparılır.

ADU-nun Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.