Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün tədris vəsaitləri hazırlanacaq.
İnstitutdan Trend-ə verilən məlumata görə, bu işlər “Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə tədris vəsaitləri dəstinin hazırlanması” layihəsi çərçivəsində hazırlanacaq.
Vəsaitlərin hazırlanması 2021-ci ilədək mərhələli şəkildə yerinə yetiriləcək.