Azərbaycan Beynəlxalq Bankı tərəfindən ADAU-ya kitablar hədiyyə olunub

Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) “Dövlət maliyyəsi və dövlət siyasəti” adlı kitablar hədiyyə olunub. ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberin müəllifi olduğu kitabın orijinalı Azərbaycan Beynəlxalq Bankın dəstəyi ilə TEAS Press nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.

Müvafiq sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara hədiyyə olaraq nəşr olunan kitab 896 səhifədən, dövlət maliyyəsinin mahiyyəti, kənar təsirlər və ictimai məhsullar, sosialsığortavəyenidənbölgü, vergi qoyma nəzəriyyə və praktikada hissələrindən ibarətdir. Nəşrlə ADAU-nun əsaslı kitabxanasında, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompyuter otaqlarında tanış olmaq olar.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov göstərilmiş dəstəyə görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə təşəkkürünü bildirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.