Azərbaycan bayrağı İğdırın ən yüksək zirvəsində dalğalanacaq

Azərbaycanın dövlət bayrağı Türkiyən İğdır vilayətində yerləşən Təkaltı dağında dalğalanacaq və Milli Qəhrəmanı Mübariz İbrahimovun portreti zirvəyə yerləşdiriləcək.

Etmtv. news AZƏRTAC-a istinadən xəbər veri ki, bu münasibətlə sentyabrın 16-da İğdırın mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Ertəsi ügün isə rəsmi şəxlərin iştirakı ilə qəhrəmanlıq mövzusunda konfrans keçiriləcək.

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü, İğdır Valiliyi ilə Azərbaycanın Qarsdakı baş konsulluğunun dəstəyi əsasında keçiriləcək tədbirlər Azərbaycan və Türkiyə arasında qardaşlığı təbliğ etmək, o cümlədən gənc nəsildə milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.