Məmmədov İsrafil Məhərrəm oğlu əslən Şəmkir rayonu Qapanlı kəndindəndir. 1919-cu il burulğanı zamanı ailəsi Gəncə şəhərinə köçmüş və elə həmən ildə də İsrafil Məmmədov adlı bir igid Türk oğlu dünyaya gəlmişdi. 20 yaşında hərbi xidmətə yola düşəndə heç kim düşünə bilməzdi ki, qarşıda dünyanı qorxunc bir bəla, 2-ci dünya müharibəsi gözləyir və bu gənc oğlan doğma vətəninin adını dünyaya tanıtdırmaq üçün yola çıxır. İlk dəfə cəbhədən xoş xəbər Azərbaycana gəldi. 1941-ci ilin dekabr ayında ağır döyüşlərin hökm sürdüyü bir vaxtda Gəncə şəhəri 3-cü vağzal adlanan məhəlləyə bir məktub gəldi. Məktubda deyilirdi:
Faşizmə qarşı gedən döyüşlərdə göstərdiyi əvəzsiz xidmətlərinə görə Məmmədov İsrail Məhərrəm oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
İsrafil Məmmədov 1943-cü ilin may ayında ikinci dəfə yaralanır və çiyin çiyinə döyüşdüyü döyüş dostlarından ayrılmalı olur. Müalicə olunduqdan sonra bir müddət Respublika komsomolunun mərkəzi komitəsində işləyir. Lakin Faşizmə qarşı olan nifrəti onu yenidən cəbhəyə dönməyə vadar edir. Üçüncü dəfə yaralanması İsrafil Məmmədovun səhhətini tamamilə sarsıdır. 1946-cı ildə, 27 yaşlı məğrur Türk oğlu Yalta şəhərində dünyaya əbədi gözünü yumaraq şəhadətə yetir. İsrafil Məmmədovun cənazəsi xüsusi təyyarə ilə öz doğma vətəninə gətirilir. Gəncənin mərkəzi, indiki “XAN BAĞI” ərazisində dəfn olunur. Bu il Sovet İttifaqı Qəhrəmanı, igid Türk oğlu İsrafil Məmmədovun 100 illiyidir. Məkanının cənnət olsun, ey igidlər məskəni Azərbaycanımızın məğrur, qəhraman oğlu.
Ps. Bu torpaq İsrafil Məmmədov, Həzi Aslanov, Mübariz İbrahimov kimi saysız hesabsız igidlər, ərənlər yetişdirib, yetişdirir, yetişdirəcək. Qoy bu torpağa yan gözlə baxan mənfur qonşularımız yaxşı-yaxşı düşünsün. Əgər o düşüncə tərzinə malik deyillərsə, biz onları düşünməyə vadar edərik!!!