Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə “Dostluq körpüsü” adlı yeni layihə gerçəkləşdirib.
Azərbaycan və Türkiyənin himni ilə başlayan tədbiri AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açıb, Azərbaycanla Türkiyə arasında yaranan ədəbi-mədəni əlaqlərdən danışıb. Azərbaycan-İraq Mədəni əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova qonaqları məclis iştirakçılarına təqdim edib.
Qəzetçi, yazar, heykəltaraş Mustafa Taner, Anadolu Sənətçilər Birliyinin rəhbəri Sabit İnce, Almaniyalı iş adamı, sosioloq Yalçın Türkay çıxış edərək şəhərin 70 illik yubileyi ərəfəsində Sumqayıtda olduqlarından məmnunluqlarını bildirib, şəhərlə bağlı xoş arzularını bildirdilər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, “Turan” ədəbi məclisinin sədri Rəfiqə Şəms, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı, yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli, N.Gəncəvi adına kitabxana-klubun müdiri Zərnigar Babayeva, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna, Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Etibar Bənnayev, şair Xürrəm Qafanlı, Fəridə Səxavət çıxış edərək bu birliyin, qardaşlığınhəm Azərbaycan, həm də Türkiyə üçün çox vacib olduğunu vurğulayıblar.
Türkiyənin ünlü bəstəkarı Ayzer Böyükerinmərhum şair S.Sarvanın “Qarbağlı uşaq” şeirinə bəstələdiyi mahnının videoklipinin və istedadlı şair Fethi Akının “İlin şarkısı” olmuş “Roza” əsərinin nümayişi məclisə başqa bir ovqat bəxş etdi.
Türkiyə xalqı ilə bütün sahələrdə QHT sektoru səviyyəsində qarşılıqlı işgüzar əlaqələrimiz getdikcə sürətləndirilməlidir.Azərbaycan-Iraq Mədəni Əlaqələr Ictimai Birliyinin fəaliyyəti,o cümlədən birliyin sədri Tahirə xanım Məmmədovanın bu sahədə gördüyü işlər buna bariz nümunədir. Gələn türkiyəli elm-sənət adamlarının Tahirə xanımın təşəbbüsü və maddi dəstəyi ilə Bakıda bir həftə ərzində qonaq qismində qarşılanması,şəhər ictimaiyyəti ilə tanışlıq,Bakı Atatürk Mərkəzində görüs,Samaxıda böyük şair Imadədin Nəsiminin 650 illik yubiley tədbiri, o cümlədən Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərində iştirak etmələri həqiqətən də qonaqlara əsl mənəvi zövq bəxş etmişdir.Bu fəaliyyətinə görə Tahirə xanıma dərin minnətdarlığımızı bildiririk.
Hacı Hafiz Osmanov
Sülh üçün səfir(www.upf.org )
artmalAzərbaycan
.Azərbaycan-Iraq Mədəni Əlaqələr Ictimai Birliyinin sədri Tahirə xanım Məmmədovanın sayesinde Yeni layihenin gerceklesmesi ile tebrik edirem xeyirli ugurlu olsun …Tahire xanima bu islerde tesekkurler cox yuksek seviyyede olmus bu gorusler..Bundan sonra bele goruslerin six-six kecirilmesini arzu edirik … Birdaha Tebrikler!!!