Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 4 nömrəli “Keyfiyyətli təhsil’’ məqsədini əsas tutaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi 2 dekabr tarixində Gəncədə baş tutub. “Odlar Yurdu” Gənclər İB fəal gəncləri ilə layihədə uğurla təmsil olunub.
Xatırladaq ki, 2 Dekabr 2018-ci ildə Gəncə şəhərində keçirilən tədbir 22 Dekabr tarixində Biləsuvar rayonunda və 23 Dekabr tarixində Lənkəran şəhərində keçiriləcək “AXC-nin 100 illiyinin qeyri-formal təbliği” layihəsi Gəncə-Qazax, Lənkaran və Aran iqtisadi rayonlarında (Gəncə, Qazax, Mingəçevir, Biləsuvar, Saatlı, Lənkəran, Masallı, Astara) yaşayan fəal gəncləri və gənclər təşkilatları üzvlərini birləşdirəcəkdir.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 4 nömrəli “Keyfiyyətli təhsil’’ məqsədini əsas tutaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir və Azərbaycanda keyfiyyətli təhsili təbliğ edir. Layihə zamanı keçiriləcək təlim kursu Təlimləndirmə və təbliğat, Simulyasiya, Qiymətləndirmə və Hədəflərin qoyuluşu kimi 4 hissədən ibarət olmuşdur.
Təlimləndirmə mərhələsidə iştirakçılara AXC-nin tarixi haqqında məlumat və layihələrin hazırlanma qaydaları izah olunub.
Simulyasiya mərhələsində layihələrin icrasının praktiki şəkildə tətbiqi iştirakçılarla birlikdə həyata keçirilib. Qiymətləndirmə mərhələsində layihənin davamlılığını təmin etmək üçün iştirakçılar tərəfindən irəli sürülən layihələr və müzakirələr qiymətləndirilib
Layihənin əqsədi AXC-nin 100 illiyini qeyri-formal təhsil üsulları ilə təbliğinin aparılmasıdır.
Ruslan Vəliyev, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin baş katibi, ADAU-nun 3-cü kurs tələbəsi.
Tebrikler,ugurumuz bol olsun…!!!
Çox sağolun