ATU ilə Qazaxıstanın Atırau Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Qazaxıstanın Atırau Universitetinin rektoru Salamat İdrissov tərəfindən Qazaxıstanın Atırau şəhərində baş tutan Xəzəryanı universitetlərin Baş Assambleyası çərçivəsində imzalanıb.

Memorandum hər iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.