ATU-da “GreenTech II” Startap və Yaşıl Texnologiyalar  müsabiqəsi təşkil edilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə ölkənin ən iri startap yarışlarından biri olan -“GreenTech II” Startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək vurğulayıblar ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına və ekoloji məsuliyyət hissinin artırılmasına, gənclərin startap ekosistemi ilə daha yaxından tanış olmalarına, öz biznes ideyalarını ortaya çıxarmalarına və gələcəyin sahibkarları kimi yetişmələrinə müsbət təsir göstərir. Həmçinin qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya çevirmək üçün imkan yaradır və komanda şəklində işləmək bacarıqlarını aşılayır.

Müsabiqədə respublikanın 30 ali təhsil müəssisəsindən 80 komanda “Rəqəmsal ekologiya”, “Robototexnika”, “Yaşıl nəqliyyat texnologiyaları” və “Davamlı inkişaf üçün sosial innovasiyalar” olmaqla 4 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Dövlət Universitetinin “Smart hidro camp”, Qarabağ Universitetinin “Sky Bi”, Milli Aviasiya Akademiyasının “Smart X”, Bakı Ali Neft Məktəbinin “Meta Yeast” komandası əldə edib.

II yerin qalibləri ADA Universitetinin “Lubre en”, Memarlıq və İnşaat Universitetinin “Robo bin”, Azərbaycan Texniki Universitetinin “City Mobility”, Milli Aviasiya Akademiyasının “Drone Flux” komandaları olub.

III yerə Xəzər Universitetinin “Uvita”, Qərbi Kaspi Universitetinin “Doma Tech”, Bakı Ali Neft Məktəbinin “BHOSs”, Bakı Dövlət Universitetinin “Tech Titans” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərdə isə Mingəçevir Dövlət Universitetinin “GreenS park/Flame Guard”, Naxçıvan Dövlət Universitetinin “Energella”, Gəncə Dövlət Universitetinin “Liquid3”, Azərbaycan Dövlət Aqrar Universitetinin “Təbii fəlakət yardımı” komandaları qərarlaşıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar. 

ATU-da "GreenTech II" Startap və Yaşıl Texnologiyalar  müsabiqəsi təşkil edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.