ARB24 MMC-yə yeni rəhbər təyin edilib

MMC-nin yeni direktoru Radik İsmayılov olub.

Radik İsmayılov 1979-cu ildə indiki Ermənistan ərazisindəki Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Orta məktəbi Bakıda bitirib.

BDU Jurnalistika fakültəsininin bakalavr və magistratura pillələrində təhsil alıb.

2004-2007-ci illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunun aspiranturasında oxuyub. “Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri” mövzusunda dissertasiya işini müdafiə edib, sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

“Ekstremal jurnalistika (praktik vəsait)” kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.

Lider TV-nin Xəbərlər xidmətinin baş redaktor müavini işləyib, CBC telekanalının redaktoru olub.

İndiki vəzifəsinə qədər ARB24 kanalında icraçı director vəzifəsində çalışırdı.

Qeyd edək ki, əvvəlki direktor İsmət Səttarov bu gün Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Radik İsmayılovu bütün yazarlar adından təbrik edir, işində tamaşaçıları daim sevindirəcək yeniliklərlə yadda qalmasını arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.