Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti və “AzerBlast” MMC arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığın qurulmasına dair memorandum sənədi imzalanıb.

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən mərasimdə sənəd Universitetin rektoru Zəfər Qurbanov və MMC-nin İcraçı direktoru Fuad Ramazanov tərəfindən imzalanıb.

Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanması, elmi tədqiqatların və tədris fəaliyyətlərinin gücləndirilməsi, həmçinin sənaye ilə təhsil arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu əməkdaşlıq çərçivəsində istehsalat təcrübələri, birgə layihə və tədbirlər, texnoloji yeniliklərin tətbiqi və bilik-təcrübə mübadiləsi vasitəsilə hər iki tərəfin inkişafına töhfə verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində qonaqlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və tədris-təcrübə imkanları barədə ətraflı məlumat verib. Rektor deyib ki, ADAU xüsusilə mütəxəssis hazırlığı məsələlərində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıdır.

MMC-nin İcraçı direktoru Fuad Ramazanov sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan “AzerBlast” MMC-nin fəaliyyəti, məqsədləri və hədəfləri haqqında geniş məlumat verib, bu sənayenin inkişafında və səmərəli fəaliyyətin təmin olunmasında ixtisaslı yerli kadrların rolunu vurğulayıb. O bildirib ki, MMC-nin universitetlə əməkdaşlığı, elmi biliklər və sənayenin vəhdətini təşkil etməklə şirkətin innovasiya yönümlü strategiyasına və insan kapitalının inkişafına həmçinin, real sektorun ehtiyaclarına cavab verən praktik həllərin yaranmasına stimul verəcək.

Görüşdə qarşılıqlı əməkdaşlıq, tələbələrin təcrübə məsələləri və birgə həyata keçirilə biləcək layihələr ətraflı müzakirə olunub.

Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Aqrar Universitet və “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.