Gəncə məktəbliləri ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni laboratoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin əlaqəli aparılması ilə yaxından tanış olurlar.Bu da orta məktəb və universitet arasında əməkdaşlığa daha real əsaslar üzərindən geniş imkanlar açır.
“Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində ADAU-nun növbəti qonaqları şəhər 4 və 27 saylı məktəbin şagirdləri olub, peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə tədris korpuslarına baxıb, universitet haqqında geniş məlumat əldə ediblər.
Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq lobarotoriyaları, bildirçin bəsləmə mərkəzi haqqında ətraflı məlumatlar veriblər. Şagirdlər anatomiya və patoloji anatomiya muzeylərinə daha böyük maraq göstəriblər. ADAU-nun Tələbə evlərindən başlanan ekskursiya zamanı Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.
“Aqrar təhsilin təbliği” layihəsi davam edir
