Antikorrupsiya tədqiqatlarına dair Bələdçi nəşr olundu

“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə milli təcrübədə ilk dəfə olaraq “Korrupsiyaya qarşı mübarizə sahəsində araşdırmalar və tədqiqatların aparılması – Vətəndaş cəmiyyəti üçün Bələdçi” hazırlayıb. Bələdçi kitab şəklində nəşr olunub.

Etmtv. news xəbər verir ki, bu vəsaitdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq standartlar, beynəlxalq konvensiyalar, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq şəbəkələr, indekslər, monitorinq mexanizmləri, həmçinin milli standartlar və onların izahı barədə məlumatlar verilib.

Beynəlxalq konvensiyalar və təşəbbüslərdən irəli gələn öhdəliklərin icrasında, monitorinqində, İndekslərin hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı, imkan və mexanizmlərinin izahı verilib. Vəsaitdə eyni zamanda dövlət qulluğunda etik qaydalar, bununla əlaqədar beynəlxalq standartlar, təcrübələr barədə məlumatlar verilib. Ən başlıcası isə həmçinin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən  monitorinq aparılması, monitorinq üsulları barədə bilgilər əks olunub. Bu vəsait QHT-lərin monitorinq, antikorrupsiya araşdırmaları aparmada bilik və bacarıqlarını artırmaqda praktik kömək edəcəkdir.

Kitab QHT-lərə və ictimai təşkilatlara, fondlara, kitabxanalara, assosasiyalara pulsuz paylanır və çatdırılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.