Ankaranın Atakule qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

Ankaranın Atakule qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

Qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.

İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub. Televiziya kanallarının bu barədə yaydığı xüsusi reportajda tamaşaçıların diqqətinə çatdırılıb ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmasının ardından Atakule qülləsinin üç rəngli Azərbaycan bayrağının rənglərinə boyanması iki dövlətin əbədi qardaşlığının tərənnümdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.