Millət Vəkili! Gözəl səslənir. Bəs o, kimdir? Nə üçün seçilməlidir? Amalı nə olmalıdır? Biz onları dərindən tanıyırıqmı? Tanımalıyıqmı?
Bəs nə üçün onlar seçildikdən sonra həmişə bizi aldadır, öz seçicilərini insan yerinə qoymur, onların maraqlarını təmsil etməkdən imtina edirlər?
Suallar çox, cavablar isə adətən standart!.. Çünki… əzbərlənmiş, heç bir həqiqi duruma əsaslanmayan fikirlər olur.
Heç də sirr deyil ki, insanlar “millət vəkili” sözünə nifrət edir, daha onlara inanmır. Hətta namizədliyini irəli sürən insanların əksəriyyəti belə gələcəkdə öz xalqına həqiqətən də xidmət edəcəyinə ürəyində şübhə ilə yanaşır.
Doğrudan, millət vəkili adını daşıyan insan əslində nəyə və kimə xidmət etməlidir?
Sualları 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan, Teatrşünas-tənqidçi ANAR MƏMMƏD OĞLU BURCƏLİYEV cavablandırır.
-Salam, Anar müəllim. Hər bir deputatlığa namizəd seçki qabağı kompaniyanı özünəməxsus tərzdə başlayır və sona çatdırır. Bəs Anar Burcəliyev insanlarda böyük inam yaradan bu seçkilərə necə qatılıb?
-İlk öncə deyim ki, bu seçkilərə qatılmaq böyük bir məsuliyyət deməkdir. Məsuliyyəti dərk etmədən hər hansı bir işin ardınca getmək mənim düşüncəmə görə düzgün deyil. Mən də dərindən düşündükdən sonra belə bir addımı atdım. İnanıram ki, Ulu Şeyx Nizami yurdu olan Gəncəmin hər bir seçicisinin etimadını doğruldacaq və hər zaman onlarla birlikdə olacağam.
– Sizcə, millət vəkili olmaq nə deməkdir?
-Bir qədər də əvvəl dediyim kimi bu məsələ çox böyük bir məsuliyyət deməkdir. Təəssüflə qeyd etmək istəyirəm ki, əslində fəaliyyətsiz və yararsız mandat daşıyan bir çox sələflərimiz əhali arasında millət vəkilinə olan inam və etimadı qırıb. Bu üzdən də növbəti seçkilərdə öz namizədliklərini irəli sürən hər bir yeni namizədə də inamsızlıq hökm sürür. Əslində millət vəkili mandatını daşıyan hər bir millət vəkili öz seçicisinin hər zaman yanında olmalı, onların problemləri ilə yaxından məşğul olmağı bacarmalıdırlar. Təəssüflə qeyd etmək istəyirəm ki, ötən seçkilərdə yalan vədlər verib öz seçicisinin etimadından istifadə edib mandat qazanan deputatlar sonradan verdikləri vədlərə əməl etməyərək isti kabinetlərdə gizlənməklə məşğul olublar. Bu da kütlə arasında böyük narazılıqlara səbəb olur. Ona görə də seçilən hər bir namizəd mandatı əldə etdikdən sonra öz seçicisini unutmamalıdır. Millət vəkili öz milli dövlət maraqlarının qorunması və dövlətçilik ideyalarının təbliği ilə yanaşı öz seçicisinin yanında olmağı bacarmalıdır.
– Gəncənin keçmiş və namizədliyini yenidən irəli sürmüş deputatları arasında, sözün əsl mənasında, millətin elçisi, vəkili olmaq şansını Anar Burcəliyev necə görür?
-Əgər Gəncənin Nizami rayonu ərazisində yaşayan vətəndaşlar etimad göstərərək mənə səs verəçəkləri təqdirdə mən onların tam etimadını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəçək və hər an öz seçicimin yanında olmağı bacaraçağam. İnanıram ki, məni tanıyan və etimad göstərən hər bir seçici bu seçkilərdə öz doğru addımını ataraq mənə səs verəçək.
– Əgər seçilsəniz, həyatımıza hansı yenilikləri gətirməyi planlaşdırırsınız?
-Əslində ötən namizədlərin attıqları addımları atmaqla, qabaqcadan hər hansısa boş vədlər verməkdən çox uzağam. Bütün yeniliklər fəaliyyətimiz dövründə müəyyənləşəçək.
– Millətin vəkili adını daşımaq üçün özünüzdə hansı cəhətləri, keyfiyyətləri görürsünüz?
-İntelektual savad, dünyagörüşü və düşünmə.
–Əhali arsında belə bir fikir formalaşıb ki, bundan əvvəl seçilmiş millət vəkilləri artıq xalq arasında öz nüfuzunu itirmişlər. Xalq onları öz vəkili kimi görmək həvəsində olmadığını artıq dilinə gətirməkdən belə çəkinmir. Bu səbəbdən, elə Gəncə şəhərinin əhalisi arasında da belə bir fikir formalaşıb:-Ümumiyyətlə, bizə millət vəkili lazımdırmı? Yeni, həmçinin təkrar seçiləcək deputatlar millət vəkilinin nüfuzunu artırmaq, sevdirmək üçün hansı addımları atmalıdırlar, hansı işləri, arzuları, fikirləri həyata keçirməlidirlər?
-Əslində ötən beşinci çağırış Milli Məclisində təmsil olunan millət vəkillərimiz bir mənalı şəkildə növbəti seçkilərə qatılmasaydılar daha məqsədəuyğun olardı. Çünki, onların fəaliyyəti qənaətbəxş hesab edilə bilməz. Biz imza toplama kompaniyası zamanı bunun bir daha şahidi olduq ki, vətəndaş öz millət vəkilini tanımır. Hətta, heç onların üzünü belə görmədiklərini söyləyirlər. Əlbəttə ki, bu çox acınaçaqlı bir haldır. Yeni fikirli, gənc və güclü intelektual düşüncəyə malik olan namizəd mandatı əldə etdikdən sonra ancaq öz seçicisinin yanında olmağı bacarmalı və onların ən kiçik probleminə belə laqeyid qala bilməməlidir. İnam və etibarı ancaq seçici yanında olmaqla bərpa etmək mümkündür…
Anar muellim, biz seciciler size inaniriq, size guvenirik. Biz sizi destekleyirik. Arzu edirem ki, AR MM deputatlari sizin kimi qaygikew, secicileri ucun canyandiran, millet ucun layiqli millet vekil olsunlar. Size ugurlar arzuluyuruq. Bizim size desteyimize emin ola bilersiz.
Biz genceliler Sizin namizedliyinizi destekleyir ve 09 fevral tarixinde ancaq Sizi Millet vekili kimi gormek isteyirik. Cunki seciciler ile gorusleriniz Sizin her bir muraciete nece hessasliqla yanasdiqinizi, muracietlere laqeyid qalmadiqinizi gosterirdi. Biz Sizin namizedliyinizi destekleyirik.
Anar müəllim qələbə sizin olmalıdı, Allahın izniylə. Gəncəliləl bu fürsəti əldən verməməlidirlər!
Anar Burcəliyev tanınmış bir ailənin övladı olmaqla yanaşı həm də çox böyük bir ziyalı, vətəninə, xalqına eləcə də doğma Gəncəmizə bağlı bir şəxsdir. Hər bir Gəncəni sevən gəncəli mütləq Anar Burcəliyevin namizədliyini dəstəkləməli və ona səs verməlidir. İnşallah qələbə Sizinlə olacaq. Qədirbilən gəncəlilər Sizə səs verəcəkdir. Uğur olsun.
Bu gün Gəncəmizdə ən layiqli namizəd Anar Burcəliyevdir. Mən şəxsən bu vaxta qədər Gəncəni təmsil edən millət vəkiliyəm deyənləri tanımıram. Bir dəfə də olsun biz seçicilərinin hər hansı bir probleminin həllində yardımcı olduqlarını görməmişəm. Ancaq Anar Burcəliyev Gəncəmizdə sayılıb-seçilın bir ziyalı ailənin övladıdır. Biz Anar Burcəliyevin namizədliyini dəstəkləyir və ancaq ona SƏS verəcəyik. Uğur olsun.
Tezliklə Gəncəmizin layiqli deputatı Anar Burcəliyev. Bu namizədliyin qələbə ilə bitmısini biz əslən gəncəlilər inanırıq və SƏS verməyə hazırıq. Uğur olsun. Ən layiqli namizəd olaraq Anar Burcəliyevə SƏS verək.
Serhe ehtiyyac yoxdur Anar bey Gencemiz ucun Fedakar sexsoyyetlerden biridir,Burceliyevler adli Soyad artiq kimin kim olmasindan ve bu soyadin altinda Azerbaycanimizda Ziyali Nesil kimi tanidigimi, eslen Gencelimiz ve en esasi Allah rehmet elesin Anar beyin Atasi Merhum Memmed Burceliyev kimi sexslerin izi Gencemiz ucun cox onemlidir! Gencemizi Ziyalilara Hevale edek✍ Seckilerde Duzgun secim ancaq Anar Memmed oglu Burceliyevdir✍
Gencemiz ucun layiqli namizədin Anar Burcəliyev olmasını çox istəyirik. Çünki, Anar Burcəliyevi vətənpərvər, millətinin, xalqının taleyini düşünən bir şəxsiyyət kimi tanıyırıq. Sizə inanırıq və etimad edirik.Tezliklə bu namizədlik Gəncəmizin layiqli oğlu Anar Burcəliyevin qələbəsi ilə 9 fevralda başa çatsın. Bilirik ki, Siz Vətənimiz, xalqımız üçün layiqli namizədsiniz, xalqının qeydinə qalan bir insansınız. Qələbə Sizinlə olsun! Uğurlar!!!