Amin Musayev və daha 43 Vətən müharibəsi iştirakçısına avtomobil verildi

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 avtomobil təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlər növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən ciddi şəkildə artırılıb, həmçinin  Vətən Müharibəsi Qəhrəmanları üçün aylıq təqaüd təsis olunub. Eyni zamanda, şəhid ailələri və qazilərimizlə bağlı geniş sosial dəstək paketi icra olunur.

Bildirilib ki, o cümlədən 2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır.  2021-ci il üzrə artıq 1600 mənzil verilib. Prezidentin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə də mənzillər verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.