AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Əkinçi”dən sosial mediaya: Azərbaycan mətbuatının inkişaf yolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Dəyirmi masanı giriş sözü ilə açan AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayaraq tədbirin Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı çərçivəsində təşkil olunduğunu vurğulayıb. O, bu görüşün ictimaiyyətin məlumatlandırılması və ziyalıların cəmiyyətə töhfəsi baxımından əhəmiyyətini qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxış edərək şəhər rəhbəri Niyazi Bayramovun təbrikini çatdırıb və dəyirmi masanın gedişatına uğurlar arzulayıb.
Tədbirdə bir sıra məruzələr dinlənilib. Fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov “44 Günlük Vətən müharibəsi və Azərbaycan mətbuatı”, k.ü.f.d., Günel Tomuyeva “Azərbaycan Mətbuatı: 150 illik sözün gücü”, dosent Mahirə Şərifova “Həsən bəy Zərdabinin yaradıcılığında ətraf mühit”, Simuzər Qafarlı “Rəqəmsal media və inteqrasiya təhlükəsizliyi”, Zakir Muradov “Əsgər ağa Gorani – H.Zərdabinin məsləkdaşı”, Sədaqət Adıgözəlova “Zərdabinin aqrar problemlərə yanaşması”, Nizami Nağıyev “Ekologiyanın qorunmasında mətbuatın rolu” və Vüsal Eminbəyli “Müstəqil mətbuatın Heydər Əliyev dövründə inkişafı” mövzularında çıxış ediblər.
Çıxışlar ətrafında müzakrələr aparılıb.
Sonda akademik Fuad Əliyev məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib.











