Alim Qasımov və qızı “Əl-Cəzirə” telekanalında 

Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan muğamı barədə veriliş hazırlayıb.

Etmtv.news xəbər verir ki, telekanalın əməkdaşı Nik Klark yarım saatlıq verilişdə Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova ilə müsahibəni təqdim edib.

O qeyd edib ki, Alim Qasımov səsi ilə dünya miqyasında izləyiciləri məftun edən sənətkardır, onun ifası qədim hekayələri müasir dünyada aktuallaşdırır.

İfaçılar Alim Qasımov və Fərqanə Qasımova muğam sənəti barədə fikirlərini bölüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.