Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb. İxtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.
I-V ixtisas qrupları üzrə 60 min 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18 min 640 – I qrup üzrə, 13 min 191-i II qrup, 17 min 51-i III qrup, 4 min 912 ərizə isə IV qrup üzrədir.
V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 min 10-dur.
Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.